Sen
2017
15:42
6
240
5160
Virtual karabakh

Rafiq Hüseynovun xanımı: Ağırdır, həkimlər kömək edə bilmir

6 Sen, 2017
15:42
5160

Rafiq Hüseynovun xanımı: Ağırdır, həkimlər kömək edə bilmir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyədə əməliyyat olunan Xalq artisti, tanınmış diktor Rafiq Hüseynovun vəziyyəti qəfildən ağırlaşıb.

Oxu.Az Yenicag.az-a istinadla xəbər verir ki, diktorun həyat yoldaşı Səbinə Hüseynova onun vəziyyətinin ağır olduğunu deyib.

“Gecə səhərəcən yanında qalmışam, özünü çox zəif hiss edir. Həkimlər gecə onu reanimasiyadan palataya keçirdilər. Reanimasiyada, demək olar ki, huşsuz vəziyyətdə idi. Həkimlər dedilər ki, dava-dərmanları qəbul edəndən sonra vəziyyəti düzələcək. Amma bu dəqiqələrə qədər onun səhhəti yaxşılaşmayıb, ağırdır. Yemir-içmir, danışmır. Bircə huşu özündədir. Onu bu halda görmək mənim üçün ağırdır. Onun üçün dua edirik”, - deyə o söyləyib.

S.Hüseynova bildirib ki, həkimlər Xalq artistini kritik vəziyyətdən çıxarmaq üçün mübarizə aparırlar. Amma hələ ki buna nail ola bilmirlər.

Qeyd edək ki, ağciyər xərçəngindən əziyyət çəkən Rafiq Hüseynov son 10 gündə iki dəfə ağır əməliyyat keçirib.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri