31 
Okt
2017
09:53
12
29
1677
Virtual karabakh

"ADAMI" seminarı çərçivəsində məruzə keçirildi - FOTO

31 Okt, 2017
09:53
1677

"ADAMI" seminarı çərçivəsində məruzə keçirildi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

27-28 oktyabr tarixlərində baş tutmuş ADAMI seminarı çərçivəsində Fransız-Alman ARTE kanalının onlayn strategiyasının rəhbəri Dominik Uilyam açıq bir məruzə verib. Online strategiyanın inkişafına həsr olunmuş məruzədə seminar iştirakçıları, eləcə də, bütün qonaqlar iştirak ediblər. 

Oxu.Az xəbər verir ki, Dominik Uilyam illərdir media şirkətləri üçün məsləhətçi, eləcə də, müxtəlif pop-mədəniyyət layihələrinin redaktoru kimi çalışıb. 2007-ci ildən Dominik Uilyam interaktiv istehsalata keçib. Yeni yaradılmış Fresh Media (Paris, Fransa) yaradılmasına qatılıb, sonra Fransa-Almaniya ARTE kanalı Fransa (Paris)-də online məzmun və yeni platformalar üçün baş redaktor kimi işə başlayıb. Dominik Uilyam konsert və operaların onlayn yayımı üçün nəzərdə tutulmuş kontent platforması "ARTE Live Web" (indi ARTE Konserti) hazırlayıb. 

O, Fort McMoney (ONF / NFB / ARTE / Radio Canada / NYT / Le Monde), o cümlədən bir neçə online layihələr yaradıb.

Bu gün Dominik Uilyam ARTE GEIE-də (Strasburq) ARTE rəqəmsal strategiyasında və yeni media məzmununun istehsalı / yayılmasında online nəşrlərin rəhbəri vəzifəsində çalışır.

E.C.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri