Noy
2017
12:50
235
21
5831
Virtual karabakh

Xalq artisti 72 yaşını qeyd edir

6 Noy, 2017
12:50
5831

Xalq artisti 72 yaşını qeyd edir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Xalq artisti, Prezident təqaüdçüsü Zərnigar Ağakişiyevanın doğum günüdür. 

Oxu.Az xəbər verir ki, Zərnigar Fəti qızı Ağakişiyeva 1945-ci il noyabrın 7-də Quba rayonunun Rustov kəndində anadan olub. 1972-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyoru fakültəsini bitirib. Bir müddət institutun tədris teatrında aktrisa kimi çalışıb.

1973-cü ildə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına dəvət alan Zərnigar Ağakişiyeva 2011-ci ilədək bu teatrın səhnəsində rəngarəng obrazlar qalereyası yaradıb.

Aktrisa müxtəlif televiziya tamaşaları (“Atayevlər ailəsi”, “Mehmanxana sahibəsi” və s.), filmlərdə (“Dantenin yubileyi”, “Qəm pəncərəsi”, “Təhminə”, “Yuxu” və s.) yaddaqalan obrazlar, xarakterik rolların ifaçı kimi tamaşaçılar tərəfindən sevilib.

Zərnigar Ağakişiyeva 1982-ci ildə “Əməkdar artist”, 2000-ci ildə isə “Xalq artisti” fəxri adlarına layiq görülüb. 2015-ci ildə Cəfər Cabbarlı mükafatı ilə təltif olunub.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri