16 
Noy
2017
14:37
86
43
2128
Virtual karabakh

Bakıda və Moskvada Fərhad Bədəlbəylinin 70 illik yubileyi keçiriləcək - FOTO

16 Noy, 2017
14:37
2128

Bakıda və Moskvada Fərhad Bədəlbəylinin 70 illik yubileyi keçiriləcək - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dekabrın 27-də görkəmli Azərbaycan pianoçusu, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, SSRİ xalq artisti, Dövlət mükafatı laureatı, professor Fərhad Bədəlbəylinin 70 yaşı tamam olur. Bu münasibətlə Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə Bakıda və Moskvada təntənəli yubiley gecələrinin keçirilməsi nəzərdə tutulub.

Nazirlikdən Oxu.Az-a verilən məlumata görə, noyabrın 24-də Azərbaycan Dövlət Akademik Filarmoniyasında F.Bədəlbəylinin 70 illiyinə həsr olunmuş yubiley gecəsi keçiriləcək. Gecədə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri (dirijor – Fuad İbrahimov, solistlər – Fərhad Bədəlbəyli, Murad Adıgözəlzadə) çıxış edəcək.

Cari ilin 13 dekabr tarixində Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Federasiyasının Mədəniyyət Nazirliyi və “Roskonsert” birliyinin dəstəyi ilə Moskvada P.İ.Çaykovski adına Konsert Zalında yubiley gecəsi keçiriləcək. Tədbirdə F.Bədəlbəyli ilə birgə tələbələri, pianoçu, xalq artisti Murad Adıgözəlzadə, tanınmış Azərbaycan dirijorları, xalq artisti Yalçın Adıgözəlov, əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov maraqlı konsert proqramı ilə çıxış edəcəklər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri