20 
Noy
2017
12:44
20
29
1217
Virtual karabakh

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirildi

20 Noy, 2017
12:44
1217

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirildi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

IV Bakı Beynəlxalq Turizm Filmləri Festivalının bağlanış mərasimi keçirilib.

Oxu.Az APA-ya istinadla xəbər verir ki, festival Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilib, seçim komissiyasına 43 ölkədən 84 film qəbul olunub.

Münsiflər heyətinə Azərbaycandan Rafiq Quliyev, Ülkər Mütəllimova, Polşadan Eva Kotus, Gürcüstandan Zurab Dvali daxildir. Münsiflər heyətinə Can Saracoğlu rəhbərlik edib.

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev festivalın Azərbaycan üçün əhəmiyyətindən danışıb.

Müsabiqə üçün seçilən filmlər 5 kateqoriya - ölkə, region və şəhər, mədəniyyət və ənənə, reklam filmləri, ekoturizm və digər turizm növləri, TV məhsulları (filmlər, videoçarxlar) kateqoriyaları üzrə yarışıb. 

Münsiflər heyəti hər kateqoriya üzrə 3 filmi müəyyən edərək mükafatlandırıb. I yerin sahibinə (Qızıl mükafat ) diplom və mükafat, II yerin sahibinə (Gümüş mükafat) diplom və mükafat, III yerin sahibinə isə  (Bürünc mükafat) diplom və mükafat təqdim edilib.

Festivalın “QRAN PRİ” diplom və mükafatı fransız müəllif Metyu Li Leyin “Kumano” filminə təqdim edilib. Milli mükafata Adil Azayın “Vulkanın nəfəsi”, münsiflərin xüsusi mükafatına isə Onur Kıratlının “Mersinin sirri” filmi layiq görülüb.

A.S.
www.oxu.az

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri