21 
Noy
2017
15:31
96
52
3330
Virtual karabakh

Azərbaycanda ilk dəfə pantomima filmi çəkildi - VİDEO

21 Noy, 2017
15:31
3330

Azərbaycanda ilk dəfə pantomima filmi çəkildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Azərbaycanda “Sülhün yaranması” adlı pantomima filmi lentə alınıb.

Oxu.Az-ın Axşam.az-a istinadla məlumatına görə, ekran işinin rejissoru Rauf Əhmədov, operatoru Emin Hüseynovdur. Filmin musiqisini Sevinc Tofiqqızı bəstələyib.

S.Tofiqqızı bildirib ki, “Sülhün yaranması” xaricdə də nümayiş olunacaq: “Bu, Azərbaycanda ilk pantomima filmidir. Yaxın günlərdə teatrlarımızdan birində nümayiş etdiriləcək. Daha sonra isə xaricdə festivallara göndəriləcək. İnanıram ki, maraqla qarşılanacaq. Bu, Rauf Əhmədovla son işimiz deyil. Yaxın günlərdə böyük bir layihəyə imza atacağıq”.

Ekran işində aktyorlar Əli Əlizadə, Solmaz Bədəlova, Səbinə Hacıyeva, Nurlan Rüstəmov çəkiliblər.

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri