Dek
2017
12:56
25
38
3154
Virtual karabakh

“CinemaPlus” yeni “Hədiyyə kartları”nı təqdim etdi - FOTO

6 Dek, 2017
12:56
3154

“CinemaPlus” yeni “Hədiyyə kartları”nı təqdim etdi - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“CinemaPlus” kinoteatrlar şəbəkəsi yeni məhsulunu – “Hədiyyə kartları”nı təqdim edib.

Oxu.Az xəbər verir ki, “Hədiyyə kartları” - hər kəsin ürəyincə olacaq xoş sürpriz etmək üçün unikal imkandır. Çünki kartlar real pulları əvəz etməklə yanaşı, hamının sevimlisi olan kino qəhrəmanları əks olunan xüsusi dizayn əsasında hazırlanıb. Bu isə xüsusi əhəmiyyət daşıyır. Hədiyyə kart sahibi özü, kartın üzərində qeyd olunan məbləğdə filmi, zalı və seansın vaxtını seçə bilər. Kartların nominalları: 50, 100 və 250 manat.

Fərdi kart da əldə etmək olar. Bu kart müştərinin sifarişi əsasında hazırlana bilər. Yəni sifarişçi kartın dizaynını, yazısını və rəngini özü seçə bilər.

Kartdan məbləği istifadə etdikcə azalır. Həmin məbləği bir dəfəyə olduğu kimi, bir neçə dəfə kinoteatra gəlməklə də istifadə etmək olar. Bir alışı bir neçə kartın qalıq vəsaitləri ilə ödəniş etmək olmaz. Kartda olan vəsaitlər pula dəyişdirilə bilməz.

Kart “CinemaPlus” kinoteatrlar şəbəkəsinin mülkiyyətidir və sıfır qalığa çatdıqda kart sahibinin xahişi ilə kinoteatrın kassirləri tərəfindən artırıla bilər.

“Hədiyyə kartı”nı “CinemaPlus” kinoteatrlar şəbəkəsinin kassalarından əldə etmək mümkündür, itirildiyi və ya zədələndiyi zaman bərpa olunmur.

Kinonu hər kəs sevir! Kinoya baxmağı isə “CinemaPlus”da sevirlər!

A.S.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri