15 
Dek
2017
18:40
12
92
3371
Virtual karabakh

"Oskar"ın qısa siyahısı bəlli oldu

15 Dek, 2017
18:40
3371

"Oskar"ın qısa siyahısı bəlli oldu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Oskar” kino mükafatının qısa siyahısı bəlli olub.

Oxu.Az-ın Kulis-ə istinadən verdiyi xəbərə görə, qısa siyahı 9 filmdən ibarətdir. Onların arasından 5- i mükafata namizəd seçiləcək.

Seçilən filmlərin arasında rus rejissoru Andrey Zvyaqintsevin “Sevgisizlik”, Almaniyanı təmsil edən türk rejissoru Fatih Akının “Son həddə” filmləri var.

Bundan başqa, qısa siyahıya Çilidən olan rejissor Sebastiyan Lelionun “Fantastik qadın”, Macarıstanı təmsil edən İlyidiko Enyedinin “Bədən və ruh haqqında”, İsraillli rejissor Samuel Maozanın “Fokstrot”, livanlı rejissor Ziad Duerinin “Hədə”, seneqallı Alen Qomisin “Felisite”və Cənubi Afrikadan olan rejissor Con Trenqovanın “Yara”, İsveçdən olan rejissorun Ruben Estlundun “Kvadrat” filmləri salınıb.

Xatırladaq ki, “Oskar”ın rəsmi mükafatlandırma mərasimi 2018-ci il martın 4-də keçiriləcək.

V.B.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri