Yan
2018
15:05
205
21
6487
Virtual karabakh

Əjdər Zeynalov teatra qayıdır: Direktorun saxtakarlığı sübut olundu

5 Yan, 2018
15:05
6487

Əjdər Zeynalov teatra qayıdır: Direktorun saxtakarlığı sübut olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Binəqədi Rayon Məhkəməsi İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyoru Əjdər Zeynalovun işə bərpa olunması haqqında qərar çıxarıb.

Bu barədə Oxu.Az-a aktyor özü məlumat verib. O bildirib ki, hakim qarşı tərəfin iddialarını qəbul etməyərək, onun xeyrinə qərar çıxarıb:

“İftixar Piriyev məni qeyri-qanuni şəkildə, qondarma ittihamlarla işdən çıxarmışdı. Guya ki, 30 dəqiqə olmaqla iki dəfə işə gecikmişəm. Mənim əleyhimə saxta sənədlər düzəltmişdi. Vəkilim Adəm Orucov sənədlərin saxta olduğunu sübut etdi”.

Ə. Zeynalov bildirib ki, hələlik işə başlamayıb:

“Direktor bərpamı təmin etməli və mənə nə vaxt işə çıxacağım barədə xəbər göndərməlidir. Ya da yüksək instansiyalı məhkəməyə müraciət etməlidir. Gözləyirəm”.

Qeyd edək ki, İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev aktyor Ə.Zeynalovun teatrın daxili qayda-qanunlarını və nizam-intizamını pozduğunu əsas gətirərək işdən azad etmişdi. Aktyor Əjdər Zeynalov isə bunula bağlı məhkəməyə müraciət etmişdi.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri