Fev
2018
11:13
122
72
2950
Virtual karabakh

Musiqili Teatrın gənc solisti mükafata layiq görülüb

3 Fev, 2018
11:13
2950

Musiqili Teatrın gənc solisti mükafata layiq görülüb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclər və İdman Nazirliyi 2 Fevral – Gənclər Günü münasibətilə 2017-ci ildə uğurlu fəaliyyəti ilə fərqlənən gəncləri mükafatlandırıb.

Azərbaycan Dövlət Musiqili Teatrının Mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, “İlin gənc aktrisası” nominasiyasında mükafata teatrın solisti Aydan Həsənova layiq görülüb. 

Qeyd edək ki, A.Həsənova karyerası ərzində Ü.Hacıbəylinin “O olmasın, bu olsun” (Gülnaz), “Arşın mal alan” (Gülçöhrə), İ.Kalmanın “Silva” (Stassi), Elçinin “Baladadaşın toy hamamı” (Bikə), V.Ulanovski, V.Orlov “Qızıl Cücə” (Dovşan), Qrim qardaşlarının “Bremen musiqiçiləri” əsasında A.Sadıqovun “Bremen musiqiçiləri və Pen” (Vendi) tamaşalarında rol ifa edib. 

O, 2016-cı ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən V.Kuroçkin adına “Gənc Operetta və Musiqili Teatr artistlərinin VI Beynəlxalq Müsabiqəsi”ndə III yerə, 2017-ci ildə isə Azərbaycan Dövlət Musiqili Teatrının rəhbərliyi tərəfindən “Mövsümün sevilən aktrisası” nominasiyası üzrə xüsusi mükafata layiq görülüb.

E.Ə.
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri