16 
Mar
2018
23:24
38
115
5910
Virtual karabakh

“Tomb Raider: Lara Kroft” filmi “CinemaPlus”da – FOTO + VİDEO

16 Mar, 2018
23:24
5910

“Tomb Raider: Lara Kroft” filmi “CinemaPlus”da – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Gənclik Mall TM-də yerləşən “CinemaPlus” premium kinoteatrında macəra, savaş janrında olan “Tomb Raider:Lara Kroft” filminin premyera öncəsi nümayişi keçirilib.

Oxu.Az-ın məlumatına görə, kinoteatrda musiqi müşayiəti altında rahat əyləncəli şərait yaradılmışdır. Həmçinin furşet masası, alkoqollu və alkoqolsuz içkilər, müsabiqələr və mükafatların oynanılması təşkil olunmuşdur.

Ekran işində baş rolları Alicia Vikander, Walton Goggins, Hannah John-Kamen ifa ediblər. Filmin rejissoru Roar Uthaugdur.

Qısaca film haqqında: Lara Kroft ilk növbədə rüsvay edilmiş adını təmizləməkdən ötrü atasının başladığı arxeoloji tədqiqatı sona çatdırmaq və antik sirləri açmaq üçün öz ilk ekspedisiyasına yollanır. O, indi kultdan qarışmış adada sağ qalmaq üçün bütün bacarığından, gücündən və silahından istifadə edərək mübarizə aparmalıdır.

Film martın 15-dən etibarən "CinemaPlus" kinoteatrlar şəbəkəsində nümayiş olunur.

Tədbirin təşkilində dəstək olmuşdurlar: “Papa Johns Pizza Azerbaijan”, “Merit Brand” şərab şitkəti, “Red Bull”, TNT kuryer şirkəti, İdeal Parfum və kosmetika, “Kenzo” və “tap.az”.

“CinemaPlus” kinoteatrlar şəbəkəsi hər zaman sizlərə xoş sürprizlər etmək və kino dünyasında olan ən son premyeralar ilə sevindirməyə hazırdır.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri