26 
Mar
2018
12:18
57
19
3994
Virtual karabakh

“Kann” kinofestivalında qeyri-adi – QADAĞA

26 Mar, 2018
12:18
3994

“Kann” kinofestivalında qeyri-adi – QADAĞA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyanın ən önəmli film festivallarından biri sayılan “Kann”da bu il bəzi dəyişikliklər olacaq.

Oxu.Az xəbər verir ki, bu barədə festivalın direktoru Tierri Fremauks Fransanın kino dərgisi “Le Film Français”ə danışıb.

İlk dəyişiklik filmlərin göstərildiyi zalların önündə qarışıqlıq yaranmaması üçün atılıb. Belə ki, bu ildən etibarən izləyicilərin qırmızı xalıda selfi çəkməsi qadağan olunub. Ancaq sözügedən qadağanın aktyorlar və filmin çəkiliş heyyətinə aid olub-olmamağı sual altındadır.

Film tənqidçiləri tərəfindən qeyri-adi qadağa adlandırılan bu hərəkət indidən sosial şəbəkələrdə müzakirə olunub.

“Kann”da olan digər dəyişiklik isə rəsmi proqramda yer alan filmlərin qala gecəsindən öncə media nümayişinin aradan qaldırılmasıdır.

Fremauks bildirib ki, bu qadağalar qala gecələrini daha həyəcanlı və möhtəşəm edəcək.
Qeyd edək ki, “Kann” kinofestivalı bu il 8-19 may tarixləri arasında keçiriləcək.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri