27 
Mar
2018
10:28
12
199
7970
Virtual karabakh

Xalq artisti dünyasını dəyişdi

27 Mar, 2018
10:28
7970

Xalq artisti dünyasını dəyişdi

Xalq artisti, Səməd Vurğun adına Dövlət Rus Dram Teatrının aktyoru Yuri Baliyev vəfat edib.

Teatrın mətbuat xidmətindən Oxu.Az-a verilən məlumata görə, o, uzun sürən xəstəlikdən sonra, 69 yaşında dünyasını dəyişib.

Y.Baliyev 23 aprel 1949-cu ildə anadan olub. 1975-ci ildən S.Vurğun adına Rus Dram Teatrında aktyor kimi çalışıb. Bu illər ərzində teatr səhnəsində 60-dan çox rol oynayıb.

Onun yaratdığı Ayı (A.P.Çexov, “Ayı”), Bernardo (L.de Veqa, “Xitroumnaya vlüblennaya”), Rasputin (R.İbrahimbəyov, “Petlya”), Çingizxan (M.Şaxanov, “Çingizxanın sirri”), İxtiyar (N.Xəzri, “Burla Xatun”), Şamrayev (A.P.Çexov, “Qağayı”), Professor (N.Rəsulzadə, “Nonsens”) kimi obrazları aktyorun rəngarəng yaradıcılıq palitrasının nümunələrindəndir.

Y.Baliyev bir neçə filmdə də çəkilib. “Ovsunçu”, “Babək”, “Salandar”, “Tehran-43” və s. filmlərdə aktyor maraqlı, yaddaqalan rollar oynayıb.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri