19 
Apr
2018
18:50
14
15
2235
Virtual karabakh

“Xənnas” filmi beynəlxalq festivala gedir

19 Apr, 2018
18:50
2235

“Xənnas” filmi beynəlxalq festivala gedir

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Xənnas” filmi İranda beynəlxalq “Fajr” film festivalında nümayiş olunacaq.

Oxu.Az xəbər verir ki, festival bu il aprelin 19-u və 27-si tarixləri arasında baş tutacaq.

Bu barədə ekran işinin quruluşcu rejissoru və prodüseri Elvin Abdulla məlumat verib.

O deyib ki, “Xənnas” filmi aprelin 22-sindən 27-nə kimi festivalda iştirak edəcək:

“İnşallah “Xənnas” filmi ilə Azərbaycanı orada təmsil edəcəyik. Onu da qeyd edim ki, “Fajr” film festivalında Almaniya, İngiltərə, İtaliya, Fransa və başqa Avropa ölkələrinin filmləri yayımlanacaq. Bu bizim üçün sevindirici haldır. Çünki 2014-cü ildən indiyədək özəl sektorun ərsəyə gətirdiyi elə bir film yoxdur ki, ölkəmizi hansısa beynəlxalq festivalda təmsil etsin və nümayiş siyahısında yer alsın”.

Pərviz Hüseyn
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri