11 
May
2018
12:33
26
81
2478
Virtual karabakh

“Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib - FOTO

11 May, 2018
12:33
2478

“Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün Bakıda - Nizami Kinoteatrında ümummilli lider Heydər Əliyevin anadan olmasının 95, Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr olunmuş “Sevdiyim” layihəsinin təqdimat mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, tədbirdə Azərbaycan Respublikası Prezidentinin Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri Fuad Ələsgərov, Mədəniyyət naziri Əbülfəs Qarayev, Gənclər və İdman naziri Azad Rəhimov, Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və digər qonaqlar iştirak ediblər.

Tədbirin rəsmi hissəsi dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Mərasimdə çıxış edən F.Ələsgərov vurğulayıb ki, hazırda Azərbaycanda siyasi sabitlik hökm sürür:

“Ümumilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi illər ərzində ölkəmiz uğurlu inkişaf yolu keçdi. Azərbaycanda siyasi sabitlik təmin edildi, dövlət quruculuğu prosesi uğurla aparıldı, müstəqil Azərbaycanın Konstitusiyası qəbul olundu.

Köklü islahatlarla yanaşı, ölkəyə irihəcmli investisiyalar cəlb edildi. Ulu öndərin uğurlu siyasəti nəticəsində Azərbaycanın əsas sərvəti olan neftin dünya bazarına çıxışı üçün dünyanın nəhəng neft şirkətləri ilə müqavilələr imzalandı. “Əsrin müqaviləsi” bu siyasətin bariz nümunəsidir. 

Hazırda bu siyasət cənab prezident Ilham Əliyev tərəfindən uğurla davam etdirilir.

Azərbaycanda siyasi sabitlik hökm sürür. İqtisadiyyat inkişaf edir, müstəqil xarici siyasət aparılır.  Üçrəngli bayrağımız bir çox nüfuzlu təşkilatlarda dalğalanır”.

Daha sonra Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev, Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev, gənclər və idman naziri Azad Rəhimov çıxış ediblər.

Onlar Azərbaycan Xalq Cümhuriyyəti və Heydər Əliyevin bayrağımızın ucaldılması yolunda əvəzsiz xidmətlərindən danışıb, Əməkdar artist Tünzalə Ağayevaya layihə üçün təşəkkür ediblər.

Dövlət rəsmilərinin çıxışlarından sonra görkəmli şair, dramaturq Cəfər Cabbarlının "Sevdiyim" şeiri əsasında hazırlanmış və yüzillik tariximizin əks olunduğu klip təqdim olunub.

Əsərin bəstəkarı və ifaçısı Respublikanın Əməkdar Artisti Tünzalə Ağayeva, klipin rejissoru isə Ülviyyə Könüldür. Tədbirin bədii hissəsində əməkdar artist Tünzalə Ağayevanın ifasında vətənpərvərlik mahnıları səsləndirilib.

Qeyd edək ki, "Sevdiyim" layihəsi "ASAN xidmət", "ASAN Könüllüləri" Təşkilatı və ASAN Radionun birgə təşkilatçılığı ilə həyata keçirilib.

Elvin Paşazadə
FOTO: Sadiq Fərzəlibəy

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri