21 
May
2018
13:43
80
28
3332
Virtual karabakh

Gülüşü yenidən kəşf et - FOTO

21 May, 2018
13:43
3332

Gülüşü yenidən kəşf et - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

19 may tarixinində Azərbaycan Milli İncəsənət Museyində jurnalist, bloqer və radio aparıcı Ramin Musayevin müəllifi olduğu “eMotion32” adlı sosial proyektinin təqdimatı olub. Təqdimatda bir çox sosial aktiv və tanınmış şəxsləri iştirak ediblər.

Təqdimatın açılışı zaman müəllif sosial proyektin məqsədi haqqında bunları söyləyib: 

“Bu ideya məndə bir müddət oncə yarandı. Bir gözəl və emosiyonal xanım portretini smartfona çəkməsini xahiş elədi. Çəkiliş zamanı o müxtəlif emosiayaları şəkillərdə görəndə bu belə bir proyekt etməyə qərar verdim. Şəkilləri yeni Samsung smartfonu vasitəsi ilə və yeni dəbə minən portret rejimində “boke” effekti ilə çəkmişdim. Ən çox diqqətimi çəkən isə arxa fonun slayder ilə dumanlanması oldu.

Bu ideaya ilə “Samsung”-a müraciət etdim və marketing direktor Cavadxan Babayevlə görüşümüz oldu. İdeayanı çox bəyəndi və “Samsung” markası olaraq mənim proyektimin həyata keçirilməsinə dəstək oldular. Mən də proyektin qəhrəmanlarını ən son model “Samsung S9+”a çəkdim. Mən texno bloqer olduğum üçün onun kamarasının sinifində ən keyfiyyərli olduğunu bilirdim. Şəkillər çap olandan sonra mən təəcübləndim ki, bu qədər gözəl şəkillər alınıb. Həm çəkiliş, həm çap, həm də əlbəttə ki, kamera. Portret janrı o qədər xoşuma gəlib ki, onu davam proyektin İnstagram səhifəsində davam etdirəcəyəm”.

Proyektin adının mənası, həm emosiya, həm də ingiliscədən “Motion” “hərəkət” deməkdir, yəni hərəkət elə. 32 isə geniş gülüşün dişlərin sayı ilə assosasiyasıdır. Beləliklə, pozitiv emosiya anlamına gəlir.

“32 uğurlu və pozitiv qəhrəmanları seçib, onları gündəlik həyatda və iş başında şəkillərini çəkdim. Bu görüşmələrin bəziləri təsadüf oldu. Proyektin qəhrəmanları gündəlik həyatda poztovdirlər. Hamısını şəxsən uzun illərdir tanıyıram. Sosial şəbəkələrdə çoxsayda neqativ statuslar və pessimist kommentlər oxuyanları istəməyərəkdən aqreesiv edir. Ona görə bu proyektin yaranması, pozitiv insanların uğurlu olmasını göstərməkdir”, - deyə Ramin Musayev bildirib.

Proyektin hamıya göndərəcəyi mesajı odur ki, pozitiv insanlar uğurlu olur. Bu şəxslərin hamısı gündəlik həyatda da hər bir hadisəyə pozitiv baxırlar. Çünki, hətta çətinliyin yaranması faciə deyil, həyatında nəisə dəyişmək barədə işarədir. İnsanlar dəyişiklərdən qorxurlar, ona görə də bəzən depresiyaya qapılıb, stress keçirirlər. Psixoloqlar uzun illərdir deyir ki, müsbət əhval ruhiyyə və inam istəyin həyata keçirilməsinə yardım edir, yetər ki, səmimi olasan.

“Son illərdə çox çətinliklərdən keçməli oldum, ölümlə həyat arasında oldum, həyatımı dəyişdirdim, özümü dəyişdim. Hər bir hadisəyə isə pozitiv baxıram, mənim ətrafımdakı insanlar isə mənim qədər pozitivdirlər. Biz ətrafımızın güzgü kimi əksiyik, ətrafdakılarımız necə davranırıqsa, eyni qarşılıq alırıq. Mən vətənimi çox sevirəm və xalqımızın hər bir nümayəndəsini xoş əhval ruhiyyədə və uğurlu görmək istəyirəm”, - deyə müəllif qeyd edib.

“eMotion32” proyekti Azərbaycan Milli İncəsənət Museyində 20-25 May tarixlərində keçirilir, giriş sərbəstdir. Proyektin veb səhifəsi www.pozitivol.az, “İnstagram”da isə @eMotion32 səhifəsində tanış olmaq olar.

Gülüşü yenidən kəşf edək, birlikdə!

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri