İyl
2018
11:32
23
110
3035
Virtual karabakh

Mədəniyyət komitəsinin “mətbəx”ində nələr var?

7 İyl, 2018
11:32
3035

Mədəniyyət komitəsinin “mətbəx”ində nələr var?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət sahəsi ilə bağlı yeni qanunların qəbul olunması istisna deyil.

Bunu Oxu.Az-a açıqlamasında adıçəkilən komitənin sədr müavini, professor Jalə Əliyeva deyib.

O xatırladıb ki, hər bir sahədə olduğu kimi, mədəniyyət sahəsində də zəngin qanunvericilik bazası mövcuddur.

Onun sözlərinə görə,  bir neçə il əvvəl ölkəmizdə Mədəniyyət haqqında yeni qanun qəbul edilib və ondan irəli gələn vəzifələrin yerinə yetirilməsi istiqamətində ardıcıl, sistemli və məqsədyönlü işlər görülür.

J. Əliyeva bildirib ki, gələcəkdə zərurət yarandığı halda yeni qanunların qəbul olunması da mümkündür.

Onun dediyinə görə, zamanın tələbinə müvafiq olaraq ortaya çıxacaq yeni çağırışlar bu sahədə müəyyən təkmilləşmələrin həyata keçirilməsinə zərurət yarada bilər.

Millət vəkili uzun illərdir aşıq, muğam sənətinin qorunması və inkişafı, adlar və soyadlarla, yazılı abidələrlə, məzarlıqlarla bağlı qanun layihələrinin və digər qanunvericilik aktlarının komitənin gündəmində olduğunu və məqamı yetişəndə onların da müzakirələrə çıxarılmasının mümkünlüyü bildirib.

J. Əliyeva qeyd edib ki, sözügedən sənədlər cəmiyyətin sosial sifarişindən doğur və bu baxımdan, onların zaman-zaman qəbulu mümkün olacaq.

Kamil HƏMZƏOĞLU
www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri