İyn
2014
09:42
15
20
1747
Virtual karabakh

“No Smoking” Film Festivalının açılış mərasimi keçirildi – FOTO + VİDEO

2 İyn, 2014
09:42
1747

“No Smoking” Film Festivalının açılış mərasimi keçirildi – FOTO + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ulduzlar siqaretə qarşı çıxdılar.

31 May Beynəlxalq Tütünlə Mübarizə günündə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Prezident yanında Gənclər Fondu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin dəstəyi ilə “Addım” Gənclər Təşkilatının həyata keçirdiyi  2-ci “No Smoking” Film Festivalının açılış mərasimi keçirilib.

Oxu.Az xəbər verir ki, gecədə dövlət rəsmiləri, sənət və media nümayəndələri, tütün əleyhinə mütəxəssislər iştirak ediblər. 

Tədbiri giriş sözü ilə “Addım” Gənclər Təşkilatının təsisçiləri Hüseyn Cavadzadə və Eldar Qasımov açıb. Daha sonra Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində yaradılmış Gənclər təşkilatları ilə iş sektorunun müdiri Vüsal Quliyev çıxış edib, layihənin keçirilməsinin səmərəliliyindən danışıb.

Gecədə musiqili ifaları ilə xalq artisti Brilliant Dadaşova, Eurovision təmsilçilərmiz Eldar Qasımov, Dilarə Kazımova çıxış ediblər. Layihənin siması və siqaret əleyhinə aktiv mübarizə aparan Brilliant Dadaşova isə məhz bu fəaliyyətinə görə fəxri fərmanla təltif olunub. Xüsusi təntənə ilə keçirilən gecənin sonunda ötən il keçirilən festivalın qaliblərinin filmləri nümayiş olunub.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri