30 
Avq
2018
18:49
86
231
6095
Virtual karabakh

Polad Bülbüloğlu: Kobzon əvəzolunmaz idi

30 Avq, 2018
18:49
6095

Polad Bülbüloğlu: Kobzon əvəzolunmaz idi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

O, özündə böyük musiqi mədəniyyətini birləşdirən dahi ictimai xadim və ailə başçısı idi. Çox çətin, lakin xoşbəxt həyat yaşayıb. Son ildə xərçəng xəstəliyi ilə mübarizə aparırdı, artıq 10 il idi ki, bu xəstəliyə tutulmuşdu. İosif Kobzon sonadək mübarizə aparırdı.

Oxu.Az-ın xəbərinə görə, bunu Azərbaycanın Moskvadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu SSRİ xalq artisti İosif Kobzonun vəfatına münasibət bildirərkən deyib.

“Biz onunla 1960-cı illərdə tanış olmuşuq, 50 il dostluğumuz olub. Kobzon həm insan, həm musiqiçi, eləcə də ictimai xadim kimi unikal adam idi.

O, Sovet İttifaqı kimi böyük dövlətin sevimli müğənnisi olub. Kobzon çox insanlara kömək edirdi, mən bunun canlı şahidi olmuşam. Azərbaycanda onu bir neçə dəfə ən yüksək ordenlərlə təltif ediblər. Ona bizim Ulu öndər Heydər Əliyevin də böyük hörməti var idi. Kobzon əvəzolunmaz idi”, - P.Bülbüloğlu deyib.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri