15 
Sen
2018
13:43
224
77
6314
Virtual karabakh

Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO

15 Sen, 2018
13:43
6314

Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı keçirilib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Sentyabrın 14-də Bakı Media Mərkəzi “Şirvanşahlar Saray Kompleksi” Dövlət Tarix-Memarlıq Qoruq muzeyində Azərbaycan kinosunun 120 illiyinə həsr olunmuş musiqi axşamı təşkil edib. 

“Bakcell” şirkətinin sponsorluğu ilə baş tumuş tədbirdə Bakı Media Mərkəzinin prezidenti Arzu Əliyeva, kino və musiqi xadimləri, rəsmi nümayəndələr və başqa qonaqlar iştirak edib.

Tədbirin keçirilməsində məqsəd Azərbaycan kinosunun 120 illiyini qeyd etmək, kino yaradıcılığının xalqın mədəni-mənəvi həyatında və Azərbaycanın zəngin mədəniyyət salnaməsində oynadığı rolu bir daha vurğulamaq, eləcə də, musiqinin filmlərin mühüm komponenti olmasını qabartmaq idi.

Tədbirdə Azərbaycan kinosunun keçdiyi tarixi yola qısa nəzər salınıb və Bakı Media Mərkəzinin fəaliyyət göstərdiyi beş il ərzində müasir Azərbaycanın sənədli filmlərinin salnaməsinin yaradılması işinə verdiyi töhfələrdən də danışılıb.

Mərkəzin istehsal etdiyi filmlərin Azərbaycan tarixini, mədəniyyətini və multikulturalizm dəyərlərini özündə əks etdirdiyi bildirilib, eyni zamanda, bu filmləri Azərbaycanda və dünyada rəsmi rəqəmlərə görə, 60 milyondan çox tamaşaçının izlədiyi qeyd olunub.

Musiqili gecədə Azərbaycanın görkəmli bəstəkarlarının filmlər üçün bəstələdiyi musiqi əsərləri yeni aranjimanda təqdim olunub. Eyni zamanda, filmlərdən olan görüntülər proyeksiya vasitəsilə xüsusi hazırlanmış video-kontentlə Şirvanşahlar Saray Kompleksinin divarlarında nümayiş etdirilib.

Qeyd edək ki, Bakı Media Mərkəzi Azərbaycanın audiovizual məhsulların istehsalı ilə məşğul olan aparıcı və innovativ media şirkətidir. Mərkəzin son işləri sırasında “Hədəf Bakıdır. Hitler neft uğrunda döyüşü necə uduzdu”, “Əbədi ezamiyyət”, “Multikulturalizm İli”nə həsr olunmuş “Bir günəş altında”, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr edilmiş “Son iclas” və digər filmlər yer alır.

Mərkəz haqqında daha ətraflı məlumatı şirkətin www.bakumediacenter.az rəsmi internet saytından, “Facebook”, “Youtube”, “Linkedin”, “Instagram” və “Twitter” sosial şəbəkələrindəki səhifələrindən əldə etmək mümkündür.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri