26 
Okt
2018
09:40
60
29
3486
Virtual karabakh

Bakıda BASIS müasir incəsənət qalereyasının açılışı - FOTO

26 Okt, 2018
09:40
3486

Bakıda BASIS müasir incəsənət qalereyasının açılışı - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Oktyabrın 25-i paytaxtımızda BASIS Art Gallery müasir incəsənət qalereyasının açılış mərasimi baş tutub. 

Açılışda qalereya məşhur müasir Azərbaycan və əcnəbi sənətkarların, heykəltəraş və qrafik rəssamların işlərindən ibarət kolleksiyanı ictimaiyyətə təqdim edib.

Onların arasında: İrina Eldarova, Mahmud Rüstəmov, Hüseyn Haqverdiyev, Vüqar Muradov, Datse Ştraus, Anar Hüseynzadə, Tamilla Gasanova, Emin Əsgərov və başqaları var.

Açılış mərasiminə incəsənət, media və biznes sahələrindən 100-dən çox qonaq qatılıb.

Rəssam, memar və dizaynerlər, tanınmış media simaları və digər şəxslər incəsənət gecəsindən zövq alaraq, yerli və əcnəbi sənətkarların sənətinin yeni istiqamətləri ilə tanış olublar.

“Qalereyamız - kreativ və intellektual məkan olmaqla yanaşı, müasir cəmiyyətdə mədəniyyət və incəsənətin mühüm rolunun formalaşması və dərk edilməsinə töhfə verən yerli və beynəlxalq mədəni dialoq üçün sərbəst platformadır.

O, ictimai layihə və sərgilər vasitəsilə geniş auditoriya üçün dinamik proqram təqdim etməklə, rəssamların geniş spektrini dəstəkləyir.

Qalereyada təqdim olunan rəssamların işləri Azərbaycan və dünyanın aparıcı muzeylərində - Nyu-Yorkun Quqqenhaym muzeyi, Moskvada Tretyakov qalereyası, Moskva Müasir İncəsənət Muzeyi (MMOMA), Bakıda R.Mustafayev adına Müasir İncəsənət Muzeyi və digər muzeylərdə saxlanılır.

Biz gənc və artıq öz sözünü demiş rəssamlarla əməkdaşlığa açığıq. Məqsədimiz – həm Azərbaycan, həm də əcnəbi auditoriyanın incəsənətə, yerli və əcnəbi sənətkarların sənət işlərinə marağını inkişaf etdirməkdir.

Şübhəsiz ki, bu maraq uzun illər davam edəcək bir sevgiyə çevriləcək. Biz fəal sərgi fəaliyyəti yürütməyi, yeni istedadlar kəşf etməyi, unudulmuş sənətkarları yenidən canlandırmağı və artıq öz sözünü demiş, bu gün məşhur olan rəssamları daha da məşhurlaşdırmağı planlaşdırırıq” - deyərək, qalereyanın həmtəsisçisi və direktoru Tamilla Gasanova məlumat verib.

Qalereya hərraclar, kolleksionerlər, dizayner və memarlarla sıx əməkdaşlıq edir.

Hazırda qalereyada 100-dən çox incəsənət, qrafika və heykəltəraşlıq eksponatı nümayiş etdirilir. Arzu edən hər kəs qalereyaya baş çəkərək incəsənət əsərləri ilə tanış ola, qalereya rəssamlarının yaradıcılığından zövq ala və bəyəndiyi sənət əsərini əldə edə bilər.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri