22 
Noy
2018
16:58
25
63
4215
Virtual karabakh

Gəncəli nənə Fikrət Əmirovu niyə arzulayırmış? - KEÇMİŞƏ NƏZƏR

22 Noy, 2018
16:58
4215

Gəncəli nənə Fikrət Əmirovu niyə arzulayırmış? - KEÇMİŞƏ NƏZƏR

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gündən “Keçmişə nəzər” rubrikamızda Azərbaycan mədəniyyətində iz buraxmış görkəmli mədəniyyət xadimlərimizin həyatında baş vermiş maraqlı anlar barəsində kiçik məlumatlar təqdim edəcəyik.

Bu gün böyük bəstəkar Fikrət Əmirovun doğum günü olduğuna görə Oxu.Az ilk məzəli əhvalatı da ona həsr edir:

80-ci illərdə Azərbaycanın Dövlət Radiosuna Gəncədən bir nənə hər gün zəng edib Fikrət Əmirovun musiqilərinin səsləndirilməsini xahiş edir. Bu hal bir neçə ay davam edir. Həmin vaxtlarda Gəncəyə bir qrup mədəniyyət xadimi ilə səfərə gedən böyük bəstəkara bu barədə məlumat verilir, o da gəncəli pərəstişkarı ilə şəxsən görüşməyə qərar verir.

O, bir qrup televiziya və radio əməkdaşı ilə Gəncənin mərkəzində yerləşən həmin ünvana gəlir. Qapını balaca bir uşaq açır. Fikrət Əmirov görür ki, həyətdə yaşlı bir qadın oturub samovar qaynadır. 

Tanışlıqdan sonra radioya zəng vuranın elə bu nənə olduğu məlum olur. Fikrət Əmirov heyrətə düşür. Bu yaşda bir qadının simfonik əsərlərə maraq göstərməsinə təəccüblənən bəstəkar yaxınlaşır və yaradıcılığına göstərilən diqqətə görə təşəkkür edir.

Nənə isə heç kimin gözləmədiyi bir cavab verir: 

“Ay oğul, mənim elə şeylərdən başım çıxmaz. Bu andıra qalmış radionu uşaqlar bütün günü açıq qoyurlar, səs- küy məni bir təhər edir. Sənin əsərlərini çalan kimi gəlib radionu bağlayırlar, mən də rahat-rahat namazımı qılıram”.

İlhamə Rəsulova

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri