19 
Yan
2019
11:28
69
150
1583
Virtual karabakh

Yazıçı: “Nəsimi ili” Azərbaycan mədəniyyətini dünyaya tanıdacaq

“2019-cu ilin Nəsimi ili elan edilməsi düzgün və müdrik qərardır. Bizim şairləri zirvələrə qaldırmaq, onların dünya miqyaslı azərbaycanlı şairlər olduğunu göstərmək lazımdır”

Oxu.Az “Sputnik-Azərbaycan”a istinadən xəbər verir ki, bu sözləri azərbaycanlı yazıçı, əməkdar incəsənət xadimi Natiq Rəsulzadə səsləndirib.

“Bu Azərbaycan ədəbi və mədəni köklərinin nə qədər dərin olduğunu bütün dünyaya göstərir. Bütün dünya bilməlidir ki, bizim Nəsimi, Füzuli, Nizami kimi dahi şairlərimiz var. Bunları göstərmək lazımdır. Hamı Azərbaycanın dərin mədəni kökləri olan multikulturalizm ölkəsi olduğunu bilməlidir.”, -deyə Rəsulzadə vurğulayıb.

Xatırladaq ki, prezident İlham Əliyev yanvarın 11-də Azərbaycanda “Nəsimi İlinin” elan olunması haqqında sərəncam imzalayıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri