16 
Mar
2019
12:55
92
48
1607
Virtual karabakh

Belarus aktyorları ilk dəfə Rus Dram Teatrının səhnəsində - VİDEO

16 Mar, 2019
12:55
1607

Belarus aktyorları ilk dəfə Rus Dram Teatrının səhnəsində - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Belarusun “Tri T format” teatrının yaradıcı kollektivi Bakıda qastrol səfərindədir.

Onlar ötən gün Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrında israilli yazıçı Efraim Kişonun əsəri əsasında hazırlanan “Nikah müqaviləsi” adlı musiqili komediyanın nümayişini keçirib.

Oxu.Az xəbər verir ki, “Nikah müqaviləsi” tamaşası bir çox ölkələrdə səhnələşdirilib.

Tamaşanın quruluşçu rejissoru və rəssamı Tatyana Troyanoviçdir.

Rolları Belarusun məşhur aktyorları Vera Polyakova, Yuriy Baranov, Atyom Davidoviç, Olesya Puxovaya, Yelena Qironok, Stanislav Savostin və başqaları ifa ediblər.

Tamaşanın ideya xətti ailə münasibətlərinin qurulması, ailədə yaşanan problemlərin çözümü və münasibətlərin uzun illər ərzində qorunması üzərində psixoloji məqamlardır.

Qeyd edək ki, Azərbaycanda Belarus arasında mədəniyyət və incəsənət sahəsində uğurlu əməkdaşlıq var. 

Rəşad Əliyev

Hüseyn Həsənov

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri