Apr
2019
17:14
21
154
2209
Virtual karabakh

“Mimino”nun rejissoru vəfat edib

4 Apr, 2019
17:14
2209

“Mimino”nun rejissoru vəfat edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyalı kinorejissor Georgi Daneliya 88 yaşında vəfat edib.

Bu barədə “Novaya qazeta” mərhumun ailəsinə istinadən məlumat yayıb.

Fevral ayında kinematoqraf ağciyər iltihabı ilə Moskva xəstəxanalarından birinə yerləşdirilmişdi. Həkimlər tənəffüsünün sabitləşdirilməsi üçün onu süni tənəffüs aparatına qoşmuşdular.

Georgi Daneliya 25 avqust 1930-cu ildə Tbilisidə anadan olub. Moskva Memarlıq İnstitutunda (1955), ali rejissorluq kurslarında (1959) təhsil alıb. Rusiya (1981) və SSRİ dövlət mükafatı laureatı (1978), Rusiyanın (1974), SSRİ-nin (1989) Xalq artistidir.

Daha çox “Otuz üç” (1965), “Günlərin bir günü...” (1976), “De ki, məni sevirsən!” (1977) “Mimino” (1977), “Kindzadza” kimi filmlərin rejissoru kimi şöhrət qazanıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri