Apr
2019
15:55
307
24
9608
Virtual karabakh

Anası Tərtərdən olan qız məşhur şouda: min uşaq içindən seçildi - VİDEO

5 Apr, 2019
15:55
9608

Anası Tərtərdən olan qız məşhur şouda: min uşaq içindən seçildi - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

ABŞ-ın “Fox” telekanalında yayımlanan “Master Chef Junior” yarışmasında ilk dəfə  azərbaycanlı (anası azərbaycanlıdır - red.) uşaq iştirak edib.

Oxu.Az xəbər verir ki, bu barədə “Amerikanın səsi” kanalı süjet yayımlayıb. 

Videomaterialda doqquz yaşlı Şennenin anası İlahə Süleymanovanın Tərtər rayonundan, atası Ənvər Hüseynin isə Banqladeşdən olduğu bildirilib.

Qeyd edək ki, “Master Chef Junior” ABŞ-ın ən çox izlənən uşaq yarışmalarından biridir. Artıq altı ildir ki, “Fox” telekanalında yayımlanan verilişin əsas münsifi britaniyalı məşhur aşpaz Qordon Ramseydir. Yarışmanın builki sezonuna ilk dəfədir ki, azərbaycanlı iştirakçı qatılıb.

Balaca qızcığaz 1000 uşağın içərisindən seçilərək, yarışa qatılan 24 nəfərdən biri olub. 

Rəşad Əliyev 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri