May
2019
17:57
219
36
3428
Virtual karabakh

Azərbaycanlı aktrisa Rusiyada mükafatlandırıldı - VİDEO

Rusiyanın Kazan şəhərində keçirilən film festivalında azərbaycanlı aktrisa İlahə Həsənli uğur qazanıb.

Oxu.Az xəbər verir ki, 15-ci Kazan Beynəlxalq Müsəlman Film Festivalı çərçivəsində “Nar bağı” filmində rol alan aktrisa İlahə Həsənova “Tammetrajlı filmin ən yaxşı aktrisası” nominasiyasının qalibi olub.

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə ərsəyə gələn film Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının və “Buta Film” şirkətinin birgə istehsalıdır.

Filmin rejissoru - İlqar Nəcəf, ssenaristlər - Asif Rüstəmov, İlqar Nadjafov və Rolaf Yan Minneboo, istehsalçı rejissor Ayxan Salarov, istehsalçı Rafiq Nəsirov, bəstəkar - Firudin Allahverdi, icraçı prodüser Akif Əliyev, prodüser - Müşfiq Hətəmov və İlqar Nəcəfovdur. Filmdə Qurban İsmayılov, İlahə Həsənova, Samimi Fərhad, Həsən Ağayev və başqaları çəkilib. 

Film Bolqarıstan, Türkiyə, İran, Almaniya, Belarusiya, Avstraliya, Qazaxıstan, Çexiya, ABŞ, Tacikistan və digər ölkələrdə keçirilən film festivallarında uğurla təqdim olunub. 

“Nar bağı” 2017-ci ildə “Xarici dildə ən yaxşı film” nominasiyasında dünyaca nüfüzlu “Oscar” kino mükafatının “long list”inə (uzun siyahı) daxil olub. 

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri