27 
May
2019
10:43
215
19
3051
Virtual karabakh

Musa Yaqub: Xalqın şairi olmağı çoxdan gözləyirdim

27 May, 2019
10:43
3051

Musa Yaqub: Xalqın şairi olmağı çoxdan gözləyirdim

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq şairi Musa Yaqub xəstəxanadan evə buraxılıb.

Bu barədə Oxu.Az-a Xalq şairi özü məlumat verib. 

Bildirib ki, hazırda səhhəti stabildir:

“Təzyiqim aşağı düşdüyü üçün özümü pis hiss etdim və məni İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirdilər. Artıq evdəyəm, babatam və dincəlirəm”.

Musa Yaqub Xalq şairi fəxri adı almasından da danışıb. 

O bu adı almağı çoxdan gözlədiyini deyib:

“Mən lap çoxdan xalqın şairi olmağı gözləyirdim. Bu gerçəkləşdi”.

Qeyd edək ki, bir neçə gün əvvəl Prezident İlham Əliyevin sərəncamına əsasən, şairlər Musa Yaqub, Ramiz Rövşən və Vahid Əzizə Xalq şairi fəxri adı verilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri