İyl
2019
13:44
230
26
3551
Virtual karabakh

Bu abidələrimiz də UNESCO-nun siyahısına salına bilər

8 İyl, 2019
13:44
3551

Bu abidələrimiz də UNESCO-nun siyahısına salına bilər

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamların da gələcəkdə UNESCO-nun Ümumdünya İrs Siyahısına salınması üçün işlər görüləcək.

Mədəniyyət Nazirliyinin məlumatına əsasən, ölkəmizin mədəni irs nümunələrinin UNESCO siyahısında sayı bundan sonra da artacaq:

“Ölkəmizdə beynəlxalq miqyasda tanınmasını gözləyən hələ çox mədəni irs obyektləri (Atəşgah, Naxçıvandakı türbələr, Xəzər sahilindəki tarixi istehkamlar və s.) var. Azərbaycan dövləti tərəfindən həyata keçirilən ardıcıl iş sayəsində ölkəmizin mədəni irs nümunələrinin UNESCO siyahısında sayı bundan sonra da artacaq”.

Qeyd edək ki, iyulun 7-də UNESCO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən 43-cü sessiyasında Şəki şəhərinin tarixi mərkəzinin Şəki Xan sarayı ilə birlikdə Ümumdünya İrs Siyahısına salınması haqqında qəbul olunub.

2000-ci ildə Qız qalası və Şirvanşahlar sarayı ilə birlikdə İçərişəhərin, 2007-ci ildə Qobustan qayaüstü rəsmlərinin UNESCO siyahısına daxil edilməsindən sonra bu, Azərbaycanın dünya xəzinəsində yer alan üçüncü mədəni irs məkanıdır.

Şəki şəhərinin tarixi mərkəzinin və Şəki Xan sarayının Ümumdünya İrs Siyahısına salınması Azərbaycanın UNESCO-da ardıcıl fəaliyyətinin, eləcə də ölkə rəhbərliyinin bu məsələyə xüsusi diqqətinin nəticəsidir.

Bu əlamətdar hadisə Azərbaycanın dünya mədəni-turistik xəritəsində beynəlxalq mövqelərini daha da möhkəmləndirir, həmçinin Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi xüsusi töhfənin beynəlxalq müstəvidə növbəti təsdiqidir.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri