26 
İyl
2019
14:58
145
40
1668
Virtual karabakh

Şeyx Cüneyd məqbərəsi bərpa oluna bilər - Nazirə müraciət

Quba və Qusar rayonlarının vətəndaşları Gültəpə kəndində olan Baba Məhəmməd türbəsinin təmir olunması, Qusar Dövlət Ləzgi Dram Teatrının bina şəraitinin yaxşılaşdırılması, I Nügədi məscidinin bərpası, Quba Heydər Əliyev Mərkəzinin nazirliyin balansına verilməsi, Həzrə kəndindəki Şeyx Cüneyd məqbərəsinin bərpası ilə bağlı Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciət ediblər.

Quba rayon Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən dram dərnəyinin Xalq teatrına çevrilməsi və kollektivə milli geyimlərin verilməsi, Qırmızı qəsəbədə dağ yəhudilərinin muzeyi, habelə əməyin qiymətləndirilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı müraciət və təkliflərini nazirə çatdırıblar.

Mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyevin Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyində keçirdiyi qəbulda vətəndaşlar Xaçmaz Dövlət Rəsm Qalereyasının fondunda olan əsərlərin mübadiləsi, rayon Tarix-Diyarşünaslıq Muzeyində ekspozisiya işinin təşkilinə köməklik göstərilməsi barədə müraciət ediblər. 

Xaçmaz Xalça Muzeyində “Milli geyim incilərimiz” adlı bölmənin yaradılması, Xalq teatrının maddi-texniki bazasının gücləndirilməsi, “Yallı” folklor kollektivi üçün milli geyimlərin və aksesuarların verilməsi, rayonda “sənətkarlar evi”nin yaradılması, kənd kitabxana filiallarının ali məktəb dərslikləri və uşaq ədəbiyyatları ilə təmin olunması barədə müraciətlər də nazirə çatdırılıb.

Şabran və Siyəzən sakinləri Şabran tarixi qoruğunda arxeoloji qazıntı işlərinin davam etdirilməsi və qoruq üçün inzibati binanın tikilməsi, Şabran Rayon Tarix-Diyarşünaslıq Muzeyi üçün yeni binanın tikilməsi, Siyəzən rayonunda Tarix-Diyarşünaslıq Muzeyinin yaradılması, Pirəbədil Tarix muzeyinin ekspozisiyasının yenidən qurulması, mərkəzi kitabxanalara yeni kitabların verilməsi, işlə təmin olunma və digər məsələlər barədə mədəniyyət nazirinin müavini Rafiq Bayramova müraciət ediblər.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri