Avq
2019
20:40
16
41
2122
Virtual karabakh

Milli Kino günü təntənə ilə qeyd olundu

2 Avq, 2019
20:40
2122

Milli Kino günü təntənə ilə qeyd olundu

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Avqustun 2-də Nizami Kino Mərkəzində Milli Kino Günü və Azərbaycan kinosunun yaranmasının 121 illiyinə həsr olunmuş təntənəli tədbir keçirilib.

Oxu.Az-ın Mədəniyyət Nazirliyinə istinadən verdiyi xəbərə görə, tədbirdə mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev, mədəniyyət, incəsənət xadimləri, kino ictimaiyyətinin nümayəndələri iştirak edib.

Mərasimdə il ərzində Azərbaycan kinosu ilə bağlı keçirilmiş tədbirləri, paytaxtda və regionlarda gerçəkləşən film təqdimatlarını, beynəlxalq festivalları, kino günlərini, qala gecələrini, yubileyləri, yeni filmlərin çəkiliş proseslərini əks etdirən videoçarxlar nümayiş olunub.

Mərasimdə çıxış edən mədəniyyət nazirinin birinci müavini V.Əliyev kino işçilərini peşə bayramı münasibətilə təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb. O, çıxışı zamanı diqqətə çatdırıb ki, ümummilli lider Heydər Əliyevin fərmanına əsasən, bu əlamətdar gün artıq 19 ildir müxtəlif tədbirlərlə qeyd olunur.

Nazirin birinci müavini bu günlərin kino xadimləri üçün əlamətdar hadisələrlə yadda qaldığını qeyd edib. Belə ki, ölkə başçısı avqustun 1-də Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bir qrup kino xadiminə fəxri adların, fərdi təqaüdlərin, fəxri diplomun və medalın verilməsi haqqında sərəncam imzalayıb. Prezidentin imzaladığı müvafiq sərəncamları diqqətə çatdıran Vaqif Əliyev bu sahənin inkişafına göstərdiyi qayğıya görə kino xadimləri adından ölkə başçısına minnətdarlığını ifadə edib.

Daha sonra əlamətdar gün münasibətilə bir qrup kino xadiminə Mədəniyyət Nazirliyinin fəxri fərmanları təqdim olunub.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri, Xalq artisti Şəfiqə Məmmədova rəhbərlik etdiyi qurum tərəfindən bu il yubileyləri qeyd olunan kino xadimlərinə, həmçinin veteran sənətkarlara mükafatların verildiyini söyləyib.

Son illər təmsil etdiyi qurumun kino sahəsində gördüyü işlərdən danışan Ş.Məmmədova Azərbaycan kinosunun inkişafında misilsiz xidmətlər göstərmiş ustad sənətkar Həsən Seyidbəylinin anadan olmasının 100 illiyi münasibətilə adına medal və təqaüdün, eyni zamanda görkəmli kinorejissor Rasim Ocaqov adına medalın təsis edildiyini bildirib.

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri qurumun “Milli Kino Mükafatı”nı kinematoqrafiyamızın inkişafına verdiyi töhfələrə görə Xalq artisti, kinodramaturq Ramiz Fətəliyevə, həmçinin 75 illik yubileyi və milli kinonun inkişafına töhfələrinə görə Xalq artisti, kinodramaturq Əbdül Mahmudova təqdim edib. Ş.Məmmədova bildirib ki, ittifaqın 2019-cu ilin gənclər üçün təsis olunmuş “Yeni Nəfəs” mükafatına isə rejissor Fariz Əhmədov layiq görülüb.

Mükafatlandırma mərasimindən sonra dövlət sifarişi ilə istehsal olunmuş, gənc rejissorlar Kamal Yaşarın “Dan yeli”, Pərviz Həsənovun “Soraq”, Orxan Ağazadənin “Oturacaqlar” qısametrajlı bədii filmləri nümayiş olunub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri