21 
Avq
2019
11:24
17
262
6144
Virtual karabakh

Məhərrəm Qurbanovun vəziyyəti kritikdir, həkimlər yaşamaq şansının az olduğunu deyir

Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyoru Məhərrəm Qurbanovun səhhətində ciddi problem yaranıb. Yayılan məlumata əsasən, aktyor beyin insultu keçirib.

M.Qurbanovun hazırda vəziyyətinin necə olduğunu öyrənmək üçün Oxu.Az-ın əməkdaşı onunla əlaqə yaradıb.

Aktyorun qızı Aytən Qurbanova atasının vəziyyətinin ağır olduğunu bildirib:

"Atam bazarlıq edib evə qayıdanda halı qəflətən pisləşdi. Tez köməkləşib onu divana uzatdıq və təcili yardıma zəng vurduq. İlkin tibbi müdaxilə edilsə də, atam özünə gəlmədi. Getdikcə vəziyyəti daha da pisləşdi. Təzyiqi yüksək idi. Daha sonra onu Mərkəzi Klinik Xəstəxanaya apardıq. Orada həkimlər bildirdilər ki, beyin insultu keçirib və vəziyyəti olduqca kritikdir. Bir sözlə, onu yaşadan hazırda ürəyidir, beyni yox".

A.Qurbanova ölkədə bir çox məşhur həkimlərə atasının analiz cavablarını göndərsə də, belə vəziyyətdə heç cür kömək edə bilməyəcəklərini bildiriblər:

"Mən özüm həkiməm. Bakıda həkim qalmadı ki, danışmayım. Onlar atamın yaşamaq şansının az olduğunu, Almaniyaya, İsrailə, ABŞ-a belə aparsaq, vəziyyətinin dəyişməyəcəyini deyirlər. Ümid Allahadır. Həkimlərin bu gün, sabah verəcəkləri rəyləri gözləyirik".

Qeyd edək ki, M.Qurbanov iyulun 24-də 60 yaşını qeyd edib. O, 1996-cı ildən Azərbaycan Dövlət Akademik Musiqili Teatrında fəaliyyətə başlayıb. Bir çox tamaşalarda iştirak edən M.Qurbanov "Qız Qalası", "Ərazi", "Ayrılıq imiş", "Axırıncı yol", "Son nəfəsədək" və başqa filmlərdə də rol alıb.

Rəşad Əliyev

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri