23 
Sen
2019
11:01
221
30
3340
Virtual karabakh

“Çernobıl” serialı “Emmi” mükafatına layiq görüldü

23 Sen, 2019
11:01
3340

“Çernobıl” serialı “Emmi” mükafatına layiq görüldü

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Çernobıl” serialı “Ən yaxşı mini-serial” kateqoriyasında “Emmi” mükafatına layiq görülüb.  

Mükafatı alan serialın yaradıcısı Kreyq Meyzin serialın insanlara yalanın təhlükəsini dərk etməyə kömək edəcəyinə ümid etdiyini bildirib.

Qeyd edək ki, “Çernobıl” HBO telekanalının çəkdiyi beş hissəli serialdır və Çernobıl AES-dəki qəzaya həsr olunub. 

Xatırladaq ki, “Emmi” ABŞ-da televiziya sahəsində təqdim edilən mükafatdır. Bu mükafat Oskar, Qremmi və Toni mükafatlarının televiziya ekvivalenti hesab edilir. 

Bu il Los-Anceles şəhərində 71-ci “Emmi” mükafatının təqdimetmə mərasimi keçirilib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri