Okt
2019
03:30
31
111
4544
Virtual karabakh

"Hürrəm sultanın" zinət əşyaları Bakıda satışa çıxarıldı - VİDEO

4 Okt, 2019
03:30
4544

"Hürrəm sultanın" zinət əşyaları Bakıda satışa çıxarıldı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Osmanlı dönəmində sultanların istifadə etdikləri qızıl-zinət əşyaları Bakıdadır.

Oxu.Az xəbər verir ki, İçərişəhərdə nümayiş etdirilən aksesuarların satışı da həyata keçirilir. 

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalında təqdim olunan, “Hürrəm sultanın”da (“Muhteşem Yüzyıl”ın qəhramanı) istifadə etdiyi bu zinət əşyalarını almaq istəyənlər üçün qiymətlər 750 – 2000 dollar (1250- 3500 manat) arasında dəyişir. 

“El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq Festivalında qədim dövrlərdən bu günümüzə qədər müxtəlif əl işlərini hazırlayan onlarla sənətkarın işlərini görmək mümkündür.

Qeyd edək ki, 30 müsəlman ölkəsindən 50-dən çox sənətkarın iştirak etdiyi festival oktyabrın 4-ə qədər davam edəcək. 

Tehran Orucoğlu, Bəhruz Abbasov

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri