12 
Dek
2019
14:44
21
114
2768
Virtual karabakh

Vaynşteyn təcavüz etdiyi qadınlara 25 milyon dollar verəcək

“Weinstein Company” şirkətinin Direktorlar Şurası kinoprodüsser Harvi Vaynşteynlə birlikdə onun tərəfindən təcavüzə məruz qalmış qadınlara təzminat ödənməsi barədə ilkin saziş hazırlayıb.

Bu barədə “The New York Times” məlumat yayıb.

Qadınlara 25 milyon dollar ödəniləcək. Sazişə görə Vaynşteyn öz təqsirini etiraf etməli və təzminatı öz cibindən ödəməlidir. Ödənişlə “Weinstein Company”nin maraqlarını təmsil edən sığorta şirkətləri məşğul olacaq. Bütün öhdəliklər üçün ümumi məbləğ 47 milyon dollar təşkil edəcək.

“Weinstein Company” kinostudiyasının əsasını Harvi Vaynşteyn və qardaşı Robert Vaynşteyn qoyub. İşlər 2017-ci ildə bir neçə aktrisanın Harvini cinsi təcavüzdə ittiham etməsinə qədər yaxşı gedirdi. Lakin bu ittihamlardan sonra Direktorlar Şurası onu kompaniyadan qovdu, studiyanın özü isə müflisləşdi.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri