20 
Dek
2019
15:46
16
136
5345
Virtual karabakh

Xalq artisti xəstəxanaya yerləşdirilib: Səhhəti ilə bağlı açıqlama - VİDEO

20 Dek, 2019
15:46
5345

Xalq artisti xəstəxanaya yerləşdirilib: Səhhəti ilə bağlı açıqlama - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Xalq artisti Canəli Əkbərovun yenidən xəstəxanaya yerləşdirilməsi məsələsinə aydınlıq gətirilib.

Xalq artistinin qızı Sevinc xanım Oxu.Az-a açıqlamasında atasının səhhətinin yaxşı olduğunu bildirib:

“Hazırda atamın vəziyyəti çox yaxşıdır. Ayaqlarında bir az problem var idi. Amma indi yaxşıdır. On günlük müalicə alması lazım olduğuna görə xəstəxanadadır. Sabah çıxacaq”.

Xatırladaq ki, Əməkdar artist Babək Niftəliyev “Instagram” səhifəsində Xalq artistinin Mərkəzi Kliniki Xəstəxanadan olan videosunu paylaşıb.

Qeyd edək ki, bir müddət öncə Xalq artisti gizli insult keçirdiyi üçün ayaqlarında problem yarandığına görə yeriməkdə çətinlik çəkirdi. 

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri