Yan
2020
14:05
59
173
5372
Virtual karabakh

Xəstəxanaya yerləşdirilən Flora Kərimova: Ölməmişəm

7 Yan, 2020
14:05
5372

Xəstəxanaya yerləşdirilən Flora Kərimova: Ölməmişəm

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda vəziyyətim yaxşıdır. Ölməmişəm.

Bunu Oxu.Az-a açıqlamasında 78 yaşlı Xalq artisti Flora Kərimova səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.

“Müayinə üçün mütəmadi olaraq xəstəxanaya gedirəm. Dörd dəfə insult keçirmişəm. Bu dəfə də durduğum yerdə başım gicəlləndi. Bizimkilər qorxduqları üçün məni xəstəxanaya apardılar.

Sonra da bu xəbərlər çıxdı. İki gün xəstəxanada qaldım. İndi isə evdəyəm. Müayinədən sonra hər şeyin qaydasında olduğunu dedilər”,- Xalq artisti bildirib.

Flora Kərimova həkimlərdən razı qaldığını qeyd edib:

“Həkimlərdən çox razıyam. Onlara güvənirəm. Hər birinə təşəkkür edirəm”.

Sevinc Yasinqızı

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri