27 
Apr
2020
15:07
18
133
1323
Virtual karabakh

Evdə qal və muzeylərə səyahət et

27 Apr, 2020
15:07
1323

Evdə qal və muzeylərə səyahət et

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Mədəniyyət Nazirliyi və Gənclər Fondunun ölkədə tətbiq edilən xüsusi karantin rejimi ilə bağlı insanların evdə asudə vaxtlarını səmərəli keçirməsi məqsədilə başladıqları “Muzeylərə virtual səyahət” layihəsinin növbəti videoçarxı yayımlanıb.

“Evdə qal və evdə öyrən” çağırışı ilə həyata keçirilən bu layihə ölkədə fəaliyyət göstərən muzeylərə virtual səyahət edərək, vətəndaşların ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti ilə daha yaxından tanış olmasına imkan yaratmaqdadır. 

Layihə çərçivəsində növbəti virtual səyahət Azərbaycan Milli Xalça Muzeyi haqqında videotəqdimatla davam edir.

Yeddi kolleksiyanı özündə birləşdirən muzey fondunda 10 mindən artıq eksponat saxlanılır. Muzeydə tunc və antik dövrə, erkən orta əsrlərə aid nadir əşyalar qorunur. 

Azərbaycan Milli Xalça Muzeyinə növbəti virtual səyahəti aşağıdakı keçidlər vasitəsilə izləmək olar:

https://www.facebook.com/youthfundaz/videos/578250456125023/   

https://www.facebook.com/152393992097582/posts/518195915517386/?sfnsn=mo&d=n&vh=e

https://www.youtube.com/watch?v=VWFoZaYUhtU&feature=emb_title

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri