Sen
2020
16:25
22
185
2805
Virtual karabakh

Dueyn Conson ailəlikcə koronavirusa yoluxmasından danışdı: “Ən ağır sınaqdan keçdik” - VİDEO

3 Sen, 2020
16:25
2805

Dueyn Conson ailəlikcə koronavirusa yoluxmasından danışdı: “Ən ağır sınaqdan keçdik” - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Qaya” ləqəbi ilə tanınan amerikalı aktyor və restler Dueyn Conson ailəlikcə koronavirusa yoluxub.

Lenta.ru-nun məlumatına görə, bu barədə o “Instagram” hesabından paylaşım edib.

“Həyat yoldaşım Lorendə, iki qızımda və məndə COVID-19 testinin nəticələri müsbət çıxıb”, - deyə aktyor bildirib.

Bununla belə aktyor pərəstişkarlarını narahat olmamağa çağıraraq, artıq özünün və bütün ailə üzvlərinin sağaldığını vurğulayıb.

Hollivud ulduzunun sözlərinə görə, bu hadisə onun və ailəsinin keçdiyi ən ağır sınaqlardan biri olub.

“Qaya” həmçinin izləyicilərini koronavirus infeksiyasından qorunmaq üçün intizamlı olmağa, immuniteti möhkəmləndirməyə, maska taxmağa və digər təhlükəsizlik tədbirlərinə riayət etməyə çağırıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri