Sen
2020
05:40
60
36
4392
Virtual karabakh

Məşhur aktrisa geyimi ilə hər kəsi təəccübləndirdi – FOTO

8 Sen, 2020
05:40
4392

Məşhur aktrisa geyimi ilə hər kəsi təəccübləndirdi – FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Tanınmış avstraliyalı aktrisa Keyt Blanşett İtaliyada 77-ci Venesiya Film Festivalında geyimi ilə təəccübləndirib.

Belə ki, o, tədbirə beş il əvvəl geyindiyi paltarda qatılıb.

Bu barədə “Page Six” xəbər yayıb.

Bildirilir ki, Blanşett eyni geyimdə 2015-ci ildə London Film Festivalında iştirak edib.

Aktrisa təbii sərvətlərdən təhlükəsiz istifadənin tərəfdarıdır. Bu baxımdan o, digər məşhurları hər yeni ictimai tədbir üçün geyim almamağa və əvvəlki paltarlarda çıxmağa təşviq edir.

Bundan başqa, aktrisa lüks markalardan olan bir neçə paltarını RAD adlı hərraca bağışlayacaq. Satışdan əldə olunan bütün vəsait xeyriyyə təşkilatlarına yönəldiləcək.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri