Noy
2020
09:29
205
42
5216
Virtual karabakh

Hollivud ulduzunun karyerası başa çatır?

8 Noy, 2020
09:29
5216

Hollivud ulduzunun karyerası başa çatır?

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Dünyaca məşhur aktyor Conni Deppin “Fantastic Beasts”dən ayrılması Hollivuddakı karyerasına son qoya bilər.

“Daily Mail” qəzeti yazır ki, bu barədə vəkil Mark Stivens deyib.

C.Depp artıq “Fantastic Beasts”də qaranlıq sehrbaz QrinDevaldı oynamayacağını bildirib.

Sənətçi qeyd edib ki, apellyasiyaya müraciət edəcək və ona qarşı ittihamların heç nəyə əsaslanmadığını sübut edəcək.

Qeyd edək ki, aktyor onu keçmiş həyat yoldaşı Ember Herdi döyməkdə günahlandıran “The Sun” qəzetinə məhkəmədə uduzub.

Aktyorun paylaşımında rolundan imtina etməsinə məcbur olunması nəzərə çarpır.

“Son hadisələr çərçivəsində məni dəstəkləyən hər kəsə təşəkkür edirəm. Xüsusilə, son bir neçə gündə sevginiz və qayğınız məni çox təsirləndirdi. Eyni zamanda, bildirmək istəyirəm ki, “Warner Bros” “Fantastic Beasts”də Qrinveld rolundan imtina etməyimi istədi və mən bu istəyə hörmətlə yanaşdım”, - deyə o, “Instagram” hesabında qeyd edib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri