24 
Noy
2020
15:00
238
24
5705
Virtual karabakh

Bred Pittin zarafatı Corc Klunini bütün şəhərdə biabır edib

24 Noy, 2020
15:00
5705

Bred Pittin zarafatı Corc Klunini bütün şəhərdə biabır edib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hollivud aktyoru Corc Kluni həmkarı və yaxın dostu Bredd Pittin zarafatının onu bütün şəhərdə necə biabır etməsindən danışıb.

Bu barədə GQ kanalı xəbər yayıb.

Bildirilir ki, hadisə “Ouşenin 12 dostu” filminin çəkilişləri zamanı baş verib.

Ulduzun sözlərinə görə, yaxın dostu onu bütün şəhərin gözü qarşısında təkəbbürlü biri kimi qələmə verib.

Belə ki, filmin çəkilişləri Kluninin uzun illər yaşadığı Komo şəhərində (İtaliya) baş tutub. Pitt dostu ilə əylənmək üçün bu yerlərdə tezliklə çəkiliş olacağı barədə şəhər boyu elanlar vurdurub və sakinlərə vərəqələr payladıb.

“Corc Kluniyə ancaq cənab Kluni kimi, yaxud da xarakterinin adı olan Denni Ouşen kimi müraciət edilməsi xahiş olunur. Və onun düz gözlərinin içinə baxmaq olmaz”, - deyə elanda bildirilib.

Bundan sonra yerli nəşrlər Kluninin “ulduz xəstəliyinə” tutulması ilə bağlı məqalələr dərc etməyə başlayıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri