30 
Noy
2020
10:30
307
43
5725
Virtual karabakh

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

30 Noy, 2020
10:30
5725

Akif İslamzadə və Brilliant Dadaşova 35 il sonra - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Böyük sənətkar Akif İslamzadə və Xalq artisti Brilliant Dadaşovanın 35 il öncə ifa etdikləri mahnıya yeni klip çəkilib. 

“Caspian Media Group” tərəfindən ekranlaşdırılan əsər mərhum Aidə xanımın xatirəsinə ithaf olunub.

Musiqisi Cavanşir Quliyev, sözləri Arif Abdullazadəyə aid “Hər şey gözəldir həyatda” adlı musiqi əsəri yenidən aranjiman edilərək, geniş auditoriyaya təqdim edilib. 

Xatırladaq ki, Brilliant Dadaşova üçün özəl xatirəsi olan bu mahnı onun böyük səhnədəki ilk ifalarından sayıla bilər. Belə ki, hələ 1985-ci ildə Moskvada keçirilən Ümumdünya Gənclər Festivalında ilk dəfə böyük səhnəyə çıxan sənətçinin Akif İslamzadə ilə bu dueti Azərbaycanda çox böyük marağa səbəb olub.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri