Yan
2021
10:06
20
233
5467
Virtual karabakh

“Polis Akademiyası”nın ulduzu vəfat edib - FOTO

8 Yan, 2021
10:06
5467

“Polis Akademiyası”nın ulduzu vəfat edib - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Polis Akademiyası” franşizasının ulduzu Merion Remsi Los-Ancelesdə vəfat edib.

Bu barədə “Variety” xəbər yayıb.

Filmdə utancaq kursant Lavern Hoks rolunu canlandıran aktrisa tamaşaçıların yaddaşında incə səsi ilə qalıb.

73 yaşlı aktrisanın ölüm səbəbi hələ müəyyənləşdirilməyib, lakin son vaxtlar xəstə olduğu məlumdur.

Remsi 1984-1989-cu illərdə yayımlanan “Polis Akademiyası” franşizasındakı rolundan sonra şöhrət qazanıb. Lakin bundan əvvəl də - 1970-ci illərdə, Brodveydə musiqili filmlərdə oynamaqla, həmçinin televiziya layihələrində çəkilməklə uğurlu karyera qurub.

“Polis Akademiyası”ndan sonra aktrisa televiziya karyerasına davam edib, “Beverli Hills, 90210” və “Gizli Agent Makqayver” seriallarında çəkilib, həmçinin “Addams Ailəsi” cizgi filmində “Di Holler”i səsləndirib.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri