Fev
2021
15:40
121
66
5982
Virtual karabakh

Rəmişin vəziyyəti necədir? - AÇIQLAMA

4 Fev, 2021
15:40
5982

Rəmişin vəziyyəti necədir? - AÇIQLAMA

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı Sağlamlıq Mərkəzi Azərbaycanın Xalq artisti, tanınmış gitara ifaçısı Rafiq Hüseynovun vəziyyəti ilə bağlı açıqlama yayıb.

Mərkəzin açıqlamasında deyilir:

“Rafiq Hüseynovun səhhətində xroniki xəstəliklərin kəskinləşməsi nəticəsində ciddi problemlər yaranıb. O, yanvar ayının 28-də Heydər Əliyev Fondunun xətti ilə Bakı Sağlamlıq Mərkəzinə yerləşdirilib. Xalq artisti, mərkəzə çox ağır halda, huşu qapalı, komatoz vəziyyətdə daxil olub.

Son dövr qaraciyər yetməzliyi və bir sıra yanaşı xəstəlikləri səbəbindən xəstə reanimasiya və intensiv terapiya şöbəsinə yerləşdirilib. İntensiv müalicə nəticəsində vəziyyəti nisbətən stabilləşib, huşunda aydınlaşma müşahidə olunub. Hazırda müalicəsinin davam etdirilməsinə baxmayaraq, vəziyyəti hələ də orta ağır olaraq qiymətləndirilir”.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri