Mar
2021
17:06
188
30
2214
Virtual karabakh

Anar Kərimov türkiyəli həmkarı ilə görüşdü: Kino sahəsində təcrübə öyrəniləcək

1 Mar, 2021
17:06
2214

Anar Kərimov türkiyəli həmkarı ilə görüşdü: Kino sahəsində təcrübə öyrəniləcək

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Türkiyə ilə Azərbaycan arasında mədəniyyət və incəsənət sahəsində ikitərəfli münasibətlərin inkişafına yönəlmiş birinci birgə Mədəniyyət Komissiyasının iclası çərçivəsində bir sıra protokollar imzalanıb.

Bu barədə “Hürriyet” məlumat yayıb.

İclas çərçivəsində Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov türkiyəli həmkarı Mehmet Nuri Ərsoyla görüşüb. Görüşdən sonra iki ölkənin nazirlərinin iştirakı ilə rəsmi sənədlərin imzalanması mərasimi keçirilib.

Tədbirdə çıxış edən M.Ərsoy iclasın çox faydalı olduğunu, ilk fürsətdə Azərbaycana səfər edəcəyini bildirib.

“İki ölkə arasında əzəldən tarixi bir mirasımız var. İki qardaş ölkənin bir-biri ilə daha çox yaxınlaşması, ortaq layihələrin daha da inkişafı üçün birlikdə hərəkət edəcəyik. Kino sahəsində birgə əməkdaşlığın artırılması lazımdır. Türkiyə dünyada serial ixracında ikinci sıradadır və çox təcrübəlidir.

Bundan əlavə restavrasiya mövzusunda da Türkiyə milli və beynəlxalq səviyyədə çox geniş işlər görən bir ölkədir. Bu sahələrdəki təcrübələrimizi də azərbaycanlı qardaşlarımızla paylaşacağıq. İki tərəfin qurumları bu təcrübələrinin həm ötürülməsi, həm də inkişafı mövzusunda səy göstərəcəklər”, - deyə nazir bildirib.

Azərbaycanın Mədəniyyət naziri Anar Kərimov isə Türkiyəyə səfərdən şad olduğunu, iki ölkə arasındakı əməkdaşlığın gücləndirilməsi və inkişafı üçün bu səfərin böyük önəm daşıdığını vurğulayıb.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri