Mar
2021
13:24
316
25
1811
Virtual karabakh

Anar Kərimov: “Nizami kimi şəxsiyyəti dünyaya tanıtmaq türk dünyasının vəzifəsidir”

2 Mar, 2021
13:24
1811

Anar Kərimov: “Nizami kimi şəxsiyyəti dünyaya tanıtmaq türk dünyasının vəzifəsidir”

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı tərəfindən (TÜRKSOY) Azərbaycan şairi Nizami Gəncəvinin yaradıcılığına həsr edilmiş tədbir keçirilib.

Tədbirdə Mədəniyyət naziri Anar Kərimov çıxış edib.

Nazir bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu il “Nizami Gəncəvi ili” elan edilib:

“Məqsədimiz Nizami Gəncəvinin əsərlərini, əsərlərində yer alan dəyərləri ölkəmizdə və dünyada tanıtmaqdır. TÜRKSOY-un bu təşəbbüsə qoşulması təqdirəlayiqdir. Hesab edirik ki, dahi şairimiz türk dünyasının və bəşəriyyətin fəlsəfi fikrinə böyük bir töhfə verib. Azərbaycan və türk dünyasının vəzifəsidir ki, belə bir şəxsiyyətləri dünyaya tanıdaq”.

A.Kərimov əlavə edib ki, bu il ərzində türk dünyasının Nizami kimi şəxsiyyət yetişdirdiyini göstərmək üçün planetimizin müxtəlif yerlərində şairin əsərləri, dəyərləri təbliğ ediləcək.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri