Mar
2021
07:24
75
45
3449
Virtual karabakh

Tisianın itmiş hesab olunan əsərlərindən biri təsadüf nəticəsində tapılıb - FOTO

3 Mar, 2021
07:24
3449

Tisianın itmiş hesab olunan əsərlərindən biri təsadüf nəticəsində tapılıb - FOTO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

İtalyan rəssam, XVI əsr Venesiya rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri Tisian Veçellionun itmiş hesab olunan əsərlərindən biri tapılıb. Rəsmi britaniyalı restavrator və sənətşünas Ronald Mur İngiltərədə əyalət kilsələrinin birində aşkarlayıb.

Bu barədə “The Telegraph” xəbər yayıb.

Sənət tarixçisinin sözlərinə görə, intibah dövrünə aid rəsm Ledburi şəhərində “Müqəddəs Mixail və bütün mələkləri” məbədində təsadüfən diqqətini çəkib. Əsər yüz ildən artıq idi ki, orada heç kim tərəfindən tanınmadan asılı halda qalıbmış.

Ronald Mur Leonardo da Vinçinin “Son Şam yeməyi” freskinin 19-cu əsrə aid nüsxəsini bərpa etmək üçün oraya gedibmiş. O, kilsənin gözdən uzaq küncündə üzəri eyni mövzuda işlənmiş kətan tapıb. Əsərə baxdıqda onun çox-çox əvvəl çəkildiyi aydın olub.

Rəsmdən bir neçə qat solğun lak silindikdən sonra Mur Tisianın “imzasını” - həvarilərdən birinin obrazında sənətkarın öz portretini tapdı. Bərpaçı ehtimal edir ki, Tisianın üzünü kətana oğlu və tələbəsi Horasio Veçellio tərəfindən əlavə oluna biləcəyi irəli sürülüb. Kətanı ultrabənövşəyi şüalarla işıqlandıran Mur sənətkarın imzasını da görüb: TITIANVS.

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri