12 
Mar
2021
11:42
153
22
7302
Virtual karabakh

Heydər Əliyev Fondu Əməkdar artistin səhhətinin nəzarətə alınması ilə bağlı göstəriş verdi

12 Mar, 2021
11:42
7302

Heydər Əliyev Fondu Əməkdar artistin səhhətinin nəzarətə alınması ilə bağlı göstəriş verdi

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, Əməkdar artist Pərviz Bağırovun səhhətində xüsusi bir irəliləyiş yoxdur”.

Bunu Oxu.Az-a açıqlamasında teatrın mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı bildirib. Onun sözlərinə görə, hazırda aktyorun vəziyyəti ağır-stabil olaraq qalır:

“Onun müalicəsi Heydər Əliyev Fondunun nəzarətindədir. Fondun göstərişi ilə Əməkdar artist özəl xəstəxanaya köçürülüb. Hazırda müalicəsi palatada davam edir”.

Qeyd edək ki, Əməkdar artist infarkt keçirmişdi. O, martın 3-də 5 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilmişdi.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri