25 
Mar
2021
10:55
200
20
3421
Virtual karabakh

Nikolay Tsiskaridze Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən danışdı - VİDEO

25 Mar, 2021
10:55
3421

Nikolay Tsiskaridze Arif Məlikovun “Məhəbbət əfsanəsi” baletindən danışdı - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Rusiyanın xalq artisti Nikolay Tsiskaridze “Instagram” hesabında Azərbaycanın xalq artisti Arif Məlikovun “Məhəbbət əfsanəsi” baleti haqqında paylaşım edib.

O, qeyd edib ki, bu əsərin vəzifəsi insanı dəyişməyə qadir olan sevginin gücünü göstərməkdir. Artist həmçinin 1998-ci ildə bu baletdə iştirak etdiyini də vurğulayıb.

2021-ci ildə bu əsərin dünya premyerasının 60 ili tamam olur. Bununla əlaqədar olaraq Tsiskaridze bu balet haqqında məlumat paylaşmağa qərar verib. Əsərin səhnə həyatı Yuri Qrigoroviç, quruluşçu-rəssam Simon Virsaladze, azərbaycanlı quruluşçu-dirijor Niyazinin rəhbərliyi ilə Sankt-Peterburq Opera və Balet Teatrında başlayıb.

 

 

Bizimlə əlaqə saxlayın

Digər Mədəniyyət xəbərləri